Bank Of Baku

Sorosun keçmiş sevgilisi onu məhkəməyə verib

Sorosun keçmiş sevgilisi onu məhkəməyə verib
# 12 avqust 2011 00:45 (UTC +04:00)
Bakı-APA. Braziliya teleseriallarının ulduzu Adriana Fereyr milyarder Corc Sorosu məhkəməyə verib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, bir zamanlar Sorosla görüşən 28 yaşlı aktrisa Sorosdan ona ev alacağı vədinə əməl etmədiyinə görə 10 milyon dollar tələb edir. Adriana 81 yaşı tamam olacaq Sorosun ona 2 milyon dollarlıq mənzil alacağına söz verdiyini iddia edir. İddiaçı mənəvi zərər və yalana görə məhkəməyə müraciət etdiyini bildirir. Mart ayında Forbes jurnalı Corc Sorosun mülkiyyətinin 4.5 milyard dollar dəyəri olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR