Bank Of Baku

Meksikada 600-dən çox insanın ölümündə təqsirləndirilən narkobaron həbs edilib

Meksikada 600-dən çox insanın ölümündə təqsirləndirilən narkobaron həbs edilib
# 12 avqust 2011 08:07 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Meksika polisi 600 nəfərin ölümündə təqsirləndirilən narkobaronu həbs edib. APA-nın məlumatına görə, Meksika polisi məşhur narkobaronu, “Gözləri olan əl” narkokartelinin liderini həbs edib. 36 yaşlı Oskar Osvaldo Qarsiya Montaya polisin gecə reydi zamanı paytaxt Mexikoda tutulub. “Gözləri olan əl” adı ilə məşhur olan narkokartel amansızlığı ilə çox məşhur olub. Kartelin quldurları öz qurbanlarının başını kəsərək onları Mexikonun küçələrinə atır və bununla da insanları qorxu altında saxlayırdılar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR