Bank Of Baku

ABŞ məhkəməsi tibbi sığorta barədə qanunu Konstitusiyaya zidd sayıb

ABŞ məhkəməsi tibbi sığorta barədə qanunu Konstitusiyaya zidd sayıb
# 12 avqust 2011 23:55 (UTC +04:00)
Bakı-APA. ABŞ Apelyasiya məhkəməsi prezident Barak Obamanın dəstəklədiyi məcburi tibbi sığorta haqqında qanunu konstitusiyaya zidd sayıb.

ABŞ 11-ci dairə apelyasiya məhkəməsinin qərarına görə, Konqres bütün ABŞ vətəndaşlardan tibbi sığorta almağı və ya cərimə ödəməyi tələb etməklə səlahiyyət həddini aşıb.

Bu qanun ötən il qəbul olunmuşdu. Qanun hazırda tibbi sığortası olmayan 30 milyon amerikalının bu sənədlə təmin edilməsini nəzərdə tuturdu.

İndi qanunun Konstitusiyaya zidd olub-olmamağına Ali Məhkəmə baxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR