Bank Of Baku

Ağ Ev: «Məcburi tibbi sığorta Konstitusiyaya uyğundur»

Ağ Ev: «Məcburi tibbi sığorta Konstitusiyaya uyğundur»
# 13 avqust 2011 01:59 (UTC +04:00)
Bakı-APA. Ağ Ev səhiyyə islahatları barədə qanunda məcburi tibbi sığorta haqqında müddəanın konstitusiyaya zidd sayılması barədə apelyasiya məhkəməsinin qərarı ilə qəti surətdə razı deyil.

«Bu günkü qərar yaxın həftələr və aylar ərzində səhiyyə islahatları barədə qanuna dair görəcəyimiz qərarlardan biridir. Lakin son nəticədə biz əminik ki, qanunun konstitusiyaya uyğun olduğu etiraf ediləcək», deyə ABŞ prezidentinin köməkçisi Stefani Katterin bəyanatında bildirilir.

ABŞ Apelyasiya məhkəməsi prezident Barak Obamanın dəstəklədiyi məcburi tibbi sığorta haqqında qanunu konstitusiyaya zidd sayıb.

ABŞ 11-ci dairə apelyasiya məhkəməsinin qərarına görə, Konqres bütün ABŞ vətəndaşlardan tibbi sığorta almağı və ya cərimə ödəməyi tələb etməklə səlahiyyət həddini aşıb.

Qərardan apelyasiya şikayəti vermək üçün ABŞ administrasiyasının 90 günü var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR