Bank Of Baku

Venesuela valyuta ehtiyatlarını Rusiyada saxlayacaq

Venesuela valyuta ehtiyatlarını Rusiyada saxlayacaq
# 17 avqust 2011 01:59 (UTC +04:00)
Bakı-APA. Venesuela hökuməti 2 ay ərzində mövcud operativ beynəlxalq valyuta ehtiyatlarını Avropa və ABŞ banklarından çıxararaq Rusiya, Çin və Braziliyada yerləşdirməyi planlaşdırır. Bu barədə Venesuela parlamentinin deputatı Xulio Montoyya məlumat verib.

O sözlərinin təsdiqi üçün maliyyə naziri Xorxe Ciordani və Mərkəzi Bankın rəhbəri Nelson Merentes tərəfindən hazırlanmış müvafiq sənədi göstərib. Montoyyanın sözlərinə görə, ehtiyatların köçürülməsi barədə təklifin müəllifi prezident Uqo Çavesdir.

Montoyya bildirib ki, bu addım xarici hesabların dondurulması və ABŞ Federal ehtiyatlar sisteminin vəsaitlərə müdaxiləsi qorxusu ilə əsaslandırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR