Bank Of Baku

Liviya keçid hökumətinin Vaşinqtondakı səfirliyi öz işinə başlayıb

Liviya keçid hökumətinin Vaşinqtondakı səfirliyi öz işinə başlayıb
# 19 avqust 2011 01:16 (UTC +04:00)
Bakı-APA. Dünən Vaşinqtonda yeni Liviya səfirliyi öz işinə başlayıb. Səfirlik müxalifətçi Keçid Milli şurası tərəfindən təsis olunub.

Səfirlik Vaşinqtonun Uotergeyt yaşayış kompleksində yerləşir. Bu rayon prezident Riçard Niksonun istefası ilə nəticələnmiş «Uotergeyt qalmaqalı» ilə məşhurdur.

Liviyanın ABŞ-dakı müvəqqəti işlər vəkili, bu ölkənin Vaşinqtondakı keçmiş səfiri Əli Avcali son 50 ildə ilk dəfə olaraq «səfirliyin Liviya xalqını təmsil etdiyini» bildirib.

Qəddafi hökumətinin ABŞ-dakı səfirliyi bu ilin martında bağlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR