Bank Of Baku

“İren” qasırğası ABŞ-ın Atlantik sahillərinə yaxınlaşır

“İren” qasırğası ABŞ-ın Atlantik sahillərinə yaxınlaşır
# 26 avqust 2011 01:26 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın cənub-şərq ştatlarında rəsmilər yaxınlaşmaqda olan “İren” qasırğasına hazırlaşırlar.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, meteroloqlar Şimali Karolina sahilləri boyunca fövqəladə vəziyyət elan ediblər.
Əhalinin sıx olduğu ABŞ-ın şərq sahillərində rəsmilər “İren” qasırğası səbəbi ilə məşhur çimərliklərdən insanları evakuasiya etməyə başlayıblar.

Meteoroloqlar Şimali Karolinanın bütün sahillərində qasırğaya dair xəbərdarlıq ediblər. Hazırda küləyinin sürəti saat 185 kilometrə çatan “İren” qasırğası artıq Baham adalarını təsirinə məruz qoyub.

Verilən məlumatlara görə, adaların cənublarına ciddi zədə dəyib, ancaq xəsarət alan insanların olmadığı bildirilir.

Virciniyada ABŞ hərbi dəniz qüvvələri gəmilərini limanlardan açıq dənizə göndərib. Gəmilərin açıq dənizdə daha təhlükəsiz olacağı ehtimal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR