Bank Of Baku

Meksikada kazinoya hücum nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb

Meksikada kazinoya hücum nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb
# 26 avqust 2011 03:41 (UTC +04:00)
Bakı-APA. Meksikanın şimalında Monterre şəhərində 20-yə yaxın silahlı şəxs Kazino Royal-a hücum edib. APA-nın Assoyşeyted Press-ə istinadən verdiyi xəbərə görə kazino molotov kokteylləri atılaraq yandırılıb. Ehtimal edilir ki, hadisə narkotik kartelləri arasında gedən qarşıdurma nəticəsində baş verib. Şahidlərinin sözlərinə görə hücumu təşkil edənlər 20-yə qədər silahlı şəxs olub. Rəsmilər ölü sayının artacağını istisna etmirlər. Dünyasını dəyişənlərdən çoxunun tüstüdən boğularaq öldükləri bildirilir. Qeyd edək ki, bu ölkə prezidenti Felip Kalderonun 2006-cı ildə Meksikada narkotik kartellərinə qarşı başlatdığı geniş mübarizə kompaniyasından sonra ən çox ölümlə nəticələnən hadisədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR