Bank Of Baku

Nyu-Yorkda fövqəladə vəziyyət elan olunub

Nyu-Yorkda fövqəladə vəziyyət elan olunub
# 27 avqust 2011 01:53 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama cümə günü «Ayrin» qasırğası ilə qarşılaşacaq Nyu-York ştatında fövqəladə vəziyyət elan edib. Prezidentin bu qərarı yerli hökumətə federal mərkəzdən yardım almağa kömək edəcək.

Xatırladaq ki, Nyu-York meri Maykl Blumberq «Ayrin» qasırğası yaxınlaşanadək şəhərin çökəklik rayonlarında yaşayan əhalini köçürmək barədə göstəriş verib.

Gözlənildiyi kimi 250 min insan köçürülməlidir.

Blumberqin sözlərinə görə, əgər küləyin sürəti saatda 96 kilometri keçsə, şəhərin körpüləri bağlanacaq.

"Ayrin" ABŞ sahillərinə şənbə günü səhər yaxınlaşacaq. İlk olaraq o Şimali Karolina ştatını vuracaq. Bazar günü qasırğanın Vaşinqtona çatması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR