Bank Of Baku

İrene qasırğası ABŞ-ın Nyu York şəhərinə çatıb

İrene qasırğası ABŞ-ın Nyu York şəhərinə çatıb
# 28 avqust 2011 16:15 (UTC +04:00)
Sürəti saatda 128 ilə 136 kilometr olan və küləklə müşayiət edilən qasırğa davam edir. Qasırğa bu gün ABŞ-ın 6 əyalətinin olduğu New England bölgəsinə çatıb. Qasırğanın son çatdığı yer isə Nyu Cersi üzərindən keçməklə Nyu York şəhəridir.

Səkkiz milyon adamın yaşadığı Nyu Yorkda qarşıdakı 12 saatın yağışlı və küləkli keçəcəyi bildirilir. Minlərcə ev və iş yerinin qarşısına qum topaları yığılıb.

Son məlumatlara görə, qasırğa 10 nəfərin həyatına son qoyub. Ölkənin 8 əyalətində fövqəladə hal elan edilib. ABŞ-ın şərq əyalətlərində daha 2.3 milyon əhaliyə evlərini boşaltmaları ilə bağlı xəbərdarlıq edilib. Evini tərk etməməkdə israrlı olanlara isə yaxınlıqdakı ən yüksək yerlərə çıxmaq tövsiyyə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR