Bank Of Baku

Con Edvards ABŞ prezidenti postuna namizədliyini irəli sürüb

Con Edvards ABŞ prezidenti postuna namizədliyini irəli sürüb
# 28 dekabr 2006 15:49 (UTC +04:00)
Demokrat Partiyasından ABŞ-ın vitse-prezidenti postuna sabiq namizəd Con Edvards 2008-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb. APA-nın məlumatına görə, bu gün rəsmi olaraq seçki kampaniyasına start verən 53 yaşlı sabiq senator seçki proqramının sosial yönümlü olacağını bildirib. Yaxın günlərdə Con Edvards seçicilərlə görüşmək üçün ABŞ-ın əsas şəhərlərinə səfər etməyi planlaşdırır. 2004-cü ildə Demokrat Partiyasının vitse-prezident postuna namizədi kimi Con Kerri ilə birlikdə seçki kampaniyasında iştirak edən Con Edvards o qədər də uğurlu kampaniya aparmayıb. ABŞ seçicilərini qıcıqlandıran əsas məqamlardan biri Con Edvardsın həmişə vəkillərin mövqeyini müdafiə etməsidir. Qeyd edək ki, Demokrat Partiyasının prezidentliyə ən real namizədi sabiq prezident Bill Klintonun həyat yoldaşı Hillari Klinton sayılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR