Bank Of Baku

Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Yaşar Böyükanıt ABŞ-da səfərdədir

Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Yaşar Böyükanıt ABŞ-da səfərdədir
# 12 fevral 2007 07:58 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Abdullah Gülün ardınca ölkənin Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Yaşar Böyükanıt da ABŞ-a səfər edib. APA-nın Türkiyə bürosunun məlumatına görə, Yaşar Böyükanıtın səfəri zamanı qondarma “erməni soyqırımı” iddialarına qarşı sərt mövqe ortaya qoyacağı gözlənilir. Böyütanıtın həm Pentaqonda, həm də vitse-prezident Riçard Çeyni ilə görüşdə Türkiyənin qondarma “erməni soyqırımı” iddialarına dair qərar layihəsinin Konqresdə yenidən gündəmə gətirilməsi cəhdlərindən narahatlığı ifadə olunacaq. Diplomatik mənbələrdən APA-nın Türkiyə bürosuna verilən məlumata görə, qondarma “erməni soyqırımı” iddialarına qarşı ölkənin müxtəlif qurumlarının əlbir şəkildə hazırladığı plan mövcuddur və “soyqırımı” tanıma qərarı qəbul edən istənilən ölkə Türkiyənin əks addımları ilə qarşılaşacaq. Qeyd edək ki, xarici işlər naziri Abdullah Gül ötən həftə ABŞ-da yüksək səviyyəli görüşlərdə Ankara ilə Vaşinqtonun 55 illik müttəfiqliyinin lokal və qondarma iddialara qurban verilməsini istəmədiklərini bəyan edib. Qeyd edək ki, qondarma “erməni soyqırımı”nın tanınmasına dair qərar qəbul edən ölkələrin şirkətlərinə bu ölkənin elan etdiyi böyük həcmli tenderlərdə iştirakına icazə verilmir, parlamentlərarası görüşlər müddətsiz təxirə salınır, səfirlər geri çağırılır və s. APA-nın Türkiyə bürosunun məlumatına görə, qondarma “erməni soyqırımı”nın tanınmasına dair qərar layihəsinin Konqresdə müzakirəsindən vaz keçilməsi üçün aprel ayına qədər Türkiyə parlamentinin üzvlərindən ibarət üç nümayəndə heyəti Vaşinqtona səfər edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR