Bank Of Baku

Kondoliza Rays və Robert Qeyts: “Konqresin “erməni soyqırımı” ilə bağlı qərarı Türkiyə-Ermənistan münasibətlərinin bərpasına yönəlmiş səylərimizi heçə endirəcək”

Kondoliza Rays və Robert Qeyts: “Konqresin “erməni soyqırımı” ilə bağlı qərarı Türkiyə-Ermənistan münasibətlərinin bərpasına yönəlmiş səylərimizi heçə endirəcək”
# 16 mart 2007 10:06 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, Kondoliza Rays və Pentaqon rəhbəri konqresmenlərə Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı”nı inkara görə cəza nəzərdə tutan qanunun qəbulunun törətdiyi fəsadları xatırladıblar. “Həmin qanunun qəbulundan sonra Türkiyə hərbi sahədə Fransa ilə bütün əlaqələri kəsdi və danışıqlar aparılan hərbi müqavilələrdən imtina etdi. ABŞ Konqresində “erməni soyqırımı” ilə bağlı qəbul olunacaq istənilən sənəd regionda dislokasiya olunan ABŞ əsgərlərinə zərbə vuracaq, İraq və Əfqanıstanda yerləşdirilən bölmələrin təchizatında çətinliklər yaranacaq, Türkiyə-Ermənistan münasibətlərinin bərpasına yönəlmiş səylərimizi heçə endirəcək”. Qeyd edək ki, bu müraciət ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə, Respublikaçılar Partiyasının lideri Con Boehnerə və xarici əlaqələr komissiyasının sədri Tom Lantosa ünvanlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR