Bank Of Baku

BMT Təhlükəsizlik Şurası Kosovonun taleyini müəyyən edən qətnamə layihəsi ilə bağlı bu günə təyin olunmuş səsverməni təxirə salıb

BMT Təhlükəsizlik Şurası Kosovonun taleyini müəyyən edən qətnamə layihəsi ilə bağlı bu günə təyin olunmuş səsverməni təxirə salıb
# 21 iyul 2007 08:03 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, buna səbəb Rusiyanın göstərilən sənədə veto qoyması təhdidi olub. Ruslar hesab edirlər ki, qətnamə layihəsi indiki formada qəbul olunsa, bu, Kosovoya "idarə olunan müstəqillik" vermək deməkdir. Fransanın BMT-dəki səfiri de La Sabliera bildirib ki, Kosovonun gələcək taleyi barədə sənəd ABŞ, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və Rusiyanın daxil olduğu Kontakt Qrupunda müzakirə olunacaq. Qeyd edək ki, bu qrupda heç bir üzvün veto hüququ yoxdur. Böyük Britaniyanın BMT-dəki səfiri Emyr Jones Parry qeyd olunan sənədin nə vaxt yenidən Təhlükəsizlik Şurasının diqqətinə gətiriləcəyi barədə sualına cavabında “Biz region üçün ciddi fəsadlar yarada biləcək sənəd layihəsi ətrafında böyük drama yaşanmasını istəmirik. Gərək artıq dərəcədə məsuliyyətli olaq”, - deyə qeyd edib.
Xatırladaq ki, Kosovo 1999-ci ildən BMT tərəfindən idarə olunur. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR