Bank Of Baku

ABŞ İraq və Əfqanıstanda hərbi əməliyyatlar üçün 758 milyard dollar vəsait sərf edib

ABŞ İraq və Əfqanıstanda hərbi əməliyyatlar üçün 758 milyard dollar vəsait sərf edib
# 26 iyul 2007 07:13 (UTC +04:00)
ABŞ Konqresinin Təhqiqat Xidmətinin məlumatına görə, 2007-ci ildə ABŞ İraqdakı hərbi əməliyyatlar üçün 135,2 mlrd. dollar vəsait xərcləyəcək. APA-nın məlumatına görə, Əfqanıstandakı analoji əməliyyatlar üçün isə 36,9 mlrd. dollar xərclənməsi nəzərdə tutulub. Artıq Buş administrasiyası gələn il hərbi əməliyyatlara 141,7 mlrd. dollar vəsait xərclənəcəyini proqnozlaşdırır. Bununla da Vaşinqtonun hər iki ölkədə aparılan hərbi əməliyyatlara sərf etdiyi vəsaitin ümumi həcmi 758 mlrd. dollara çatacaq. Bu vəsaitin 567 mlrd. dolları İraqın, 157 mlrd. dolları isə Əfqanıstanın payına düşür. Bundan əlavə gələn il Pentaqon dünyanın müxtəlif bölgələrində sülhü dəstəkləmə əməliyyatlarına 29 mlrd. dollar sərf edəcək. Prezident Corc Buş Polşa və Çexiyada raket hücumundan müdafiə sisteminin quraşdırılması üçün Konqresdən 310 milyon dollar istəsə də, maliyyə ayırmaları üzrə komitə bu rəqəmi 139 milyon dollaradək ixtisar edib. “Washinqton Profile”in yazdığına görə, 2003-cü ildə İraq və Əfqanıstanda hərbi əməliyyatlarda iştirak edən hər bir əsgər üçün ildə 320 min dollar vəsait xərclənib, 2006-cı ildə isə bu rəqəm 390 min dollar təşkil edib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR