Bank Of Baku

Kaliforniyada xəstəxanaya silahlı basqın olub

Kaliforniyada xəstəxanaya silahlı basqın olub
# 31 iyul 2007 08:37 (UTC +04:00)
Kaliforniyada 75 yaşlı kişi xəstəxana binasına daxil olaraq pasiyentlərə və tibbi heyətə atəş açıb. APA-nın ABŞ bürosunun məlumatına görə, dərhal hadisə yerinə gələn polis patrulu cinayətkardan silahı atmağı tələb edib. Polisin tələbi cavabsız qalıb və kişi xəstəxananın daxilində xaotik atəş açmağı dayandırmayıb. Son nəticədə polis cinayətkarı güllələməli olub. Hadisənin qurbanları barədə hələlik məlumat yoxdur. Hazırda polis öldürülən şəxsin silahlı haradan əldə etdiyini dəqiqləşdirir. Qeyd edək ki, bu kimi hadisələr ABŞ-da son zamanlar intensiv xarakter almağa başlayıb. Aprelin 16-da iki tapança ilə silahlanmış tələbə Vircinya Texniki Universitetinin tədris korpusunda və yataqxanada öz yoldaşlarına aramsız atəş açıb. Nəticədə 33 tələbə ölüb, 30-dan artıq tələbə və müəllim isə yaralanıb. Kütləvi qətli həyata keçirən cinayətkar daha sonra intihar edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR