Bank Of Baku

Avropada raket hücumundan müdafiə kompleksinin quraşdırılmasına dair ABŞ-Rusiya məsləhətləşmələrinin ilk raundu başa çatıb

Avropada raket hücumundan müdafiə kompleksinin quraşdırılmasına dair ABŞ-Rusiya məsləhətləşmələrinin ilk raundu başa çatıb
# 01 avqust 2007 08:37 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, danışıqlarda ABŞ-ı təmsil edən dövlət katibinin müavini Con Rud bəyan edib ki, Rusiya nümayəndə heyətinə raket hücumundan müdafiə sisteminin Avropada quraşdırılmasını zəruri edən səbəblər və faktlar təqdim olunub. Eyni zamanda ruslara Alyaskada yerləşən ABŞ raketlər kompleksi nümayiş etdiriləcək. Qeyd edək ki, analoji sistem Polşada da quraşdırılmalıdır. Con Rud bildirib ki, rəsmi Vaşinqtonun Avropa planları haqqında Rusiya rəsmilərinə təqdim olunan faktlardan sonra əks tərəfdə ABŞ-ın niyyətləri ilə bağlı müsbət anlaşma yaranıb. Prezident Putinin Qəbələ radiolokasiya stansiyası bağlı təklifinə gəldikdə isə cənab Rud bunun yaxşı başlanğıc olduğunu və bu təklif üzərində işlədiklərini deyib. Görüşdə Rusiya nümayəndə heyəti amerikalı həmkarlarına həm Qəbəblə radiolokasiya stansiyası, həm də Rusiyanın cənubunda inşa edilən eyni tipli stansiyanın imkanları barədə məlumat veriblər. ABŞ-Rusiya hərbi məsləhətləşmələri növbəti aylarda davam etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR