Bank Of Baku

Ruper Merdok Dow Jones & Company şirkətini 5 milyard dollara alıb

Ruper Merdok Dow Jones & Company şirkətini 5 milyard dollara alıb
# 01 avqust 2007 08:38 (UTC +04:00)
Ruper Merdokun sahib olduğu dünyanın ən böyük media şirkəti “News Corporation” məşhur Dow Jones & Company şirkətini aldığını bəyan edib. Amerikanın nüfuzlu “The Wall Street Journal” nəşrinin sahibi olan Dow Jones & Company Ruper Merdoka 5 milyard dollara başa gəlib. Dow Jones şirkətinin uzun illər sahibi olan Bankroft ailəsi ilə aparılan 4 aylıq intensiv danışıqlardan sonra ailə üzvləri nəzarət etdikləri 60 faizdən artıq səhmlərin hər birini 60 dollara satmaq qərarına gəliblər. Ruper Merdok bəyan edib ki, o, şirkəti aldıqdan sonra “The Wall Street Journal”ın redaktə siyasətinə müdaxilə etməyəcək. Lakin bəzi ekspertlər cənab Merdokun eyni bəyanatları bundan əvvəl digər nəşrləri alarkən dediyini, lakin daha sonra sözünə əməl etmədiyini qeyd ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR