Bank Of Baku

Raket hücumundan müdafiə üzrə ABŞ-la Rusiya arasındakı məsləhətləşmələr Moskvada davam etdiriləcək

Raket hücumundan müdafiə üzrə ABŞ-la Rusiya arasındakı məsləhətləşmələr Moskvada davam etdiriləcək
# 02 avqust 2007 08:46 (UTC +04:00)
Corc Buş administrasiyası Vaşinqtonda raket hücumundan müdafiə məsələsi üzrə ABŞ-la Rusiya arasında keçirilmiş məsləhətləşmələri müsbət qiymətləndirir. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bu barədə jurnalistlərə Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Tom Keysi açıqlama verib. O bildirib ki, danışıqlarda Rusiya prezidenti Vladimir Putinin iyulun 7-də irəli sürdüyü təkliflə bağlı ABŞ təmsilçilərinə əlavə informasiyalar verilib: “Məsləhətləşmələr davam etdiriləcək. Növbəti raundun sentyabr ayında Moskvada keçiriləcəyini gözləyirik”.
Vaşinqtondakı danışıqlarda Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Kislyak başçılıq edib. ABŞ nümayəndə heyətində isə dövlət katibinin müavinləri Con Rud, Daniel Frid, müdafiə nazirinin müavini Erik Edelman kimi şəxslər olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR