Bank Of Baku

ABŞ-ın nüfuzlu yəhudi icması ilə erməni diasporu arasında qalmaqal baş verib

ABŞ-ın nüfuzlu yəhudi icması ilə erməni diasporu arasında qalmaqal baş verib
# 02 avqust 2007 10:30 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, ADL Boston şəhərinin daxil olduğu Massaçusets ştatında 67 yerli icma ilə “Nifrətə yer yoxdur” adlı kampaniya keçirir. Lakin 8 min erməninin yaşadığı Vatertaun şəhərində yəhudi icmasının fəaliyyətinə süni maneələr yaradılıb. Buna səbəb ADL-in qondarma “erməni soyqırımı”nı tanımamasıdır. Qeyd edək ki, şəhərin yerli erməniləri Vatertaunda “Nifrətə yer yoxdur” proqramının reallaşması əvəzinə qurumdan qondarma “erməni soyqırımı”nı Konqresdə dəstəkləmək şərti qoyublar. Lakin qurumun prezidenti Abraham Foxman deyib ki, rəhbərlik etdiyi qurumun qondarma “erməni soyqırımı” barədə mövqeyinə görə, onların proqramına əngəllər törətmək fanatizmdir. Cənab Foxman “Nifrətə yer yoxdur” proqramının 2 illik reallaşdırma dövründə ilk dəfə ermənilərdən məsələyə neqativ yanaşma gördüklərini deyib. ADL prezidenti bildirib ki, onun rəhbərlik etdiyi qurum “uzun illər bundan əvvəl baş verən hadisələrə mövqe nümayiş etdirən təşkilat deyil”. Qeyd edək ki, ADL ilə yanaşı Amerikanın daha iki nüfuzlu yəhudi təşkilatı - Amerika YƏhudi Komitəsi və Amerika İsrail İctimai Əlaqələr Komitəsi qondarma “erməni soyqırımı”nı tanımadıqlarını bəyan ediblər. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR