Bank Of Baku

ABŞ prezidentliyinə namizəd olmaq istəyən Tom Tankredo məsuliyyətsiz bəyanatla çıxış edib

ABŞ prezidentliyinə namizəd olmaq istəyən Tom Tankredo məsuliyyətsiz bəyanatla çıxış edib
# 04 avqust 2007 11:40 (UTC +04:00)
“Terrorçuların hücumlarını əngəlləməyin ən yaxşı yolu başda Məkkə və Mədinə olmaqla, müsəlmanların müqəddəs yerlərini təhdid etməkdir”. APA-nın xəbərinə görə, bu sözləri Respublikaçılar Partiyasından ABŞ prezidentliyə namizəd olmaq istəyən Tom Tankredo deyib. Ayova ştatında tərəfdarları ilə görüşən T. Tankredo bildirib ki, ABŞ-a qarşı nüvə hücumu təhlükəsi var və bunun qarşısını almaq üçün dərhal hərəkətə keçmək lazımdır: “Hakimiyyət mənim əlimdə olsaydı, ölkəmizə qarşı bu cür hücum olacağı təqdirdə Məkkə və Mədinəyə zərbə endirəcəyimizi açıq elan edərdim”. ABŞ-dakı bir sıra insan haqlarını müdafiə təşkilatları və müsəlman icmaları T. Tankredonun açıqlamalarını pisləyərək bunu məsuliyyətsizlik adlandırıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR