Bank Of Baku

ABŞ İrana kapital qoyan, onunla nüvə, ballistik raketlər, neft-qaz sahələrində əməkdaşlıq edən ölkələrə sanksiyaları sərtləşdirəcək

ABŞ İrana kapital qoyan, onunla nüvə, ballistik raketlər, neft-qaz sahələrində əməkdaşlıq edən ölkələrə sanksiyaları sərtləşdirəcək
# 10 avqust 2007 09:14 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə. layihədə İranla nüvə, ballistik raketlərin yaradılması sahəsində əməkdaşlıq edən, bu ölkədə neft-qaz hasilatına və iqtisadiyyatın digər sahələrinə kapital qoyan ölkələrə qarşı sanksiyaların sərtləşdirilməsi və həmin dövlətlərin Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün əngəllənməsi nəzərdə tutulur. Sənədə əsasən İran dövlət banklarının ABŞ bank sisteminə çıxışı yasaqlanır və prezidentə İran diplomatlarının, bu ölkənin digər hökumət nümayəndələrinin, hərbi rəhbərliyə daxil olan şəxslərin ABŞ-dakı bank hesablarının dondurulması səlahiyyəti verilir. Ağ Evə tapşırılır ki, Dünya Bankının hesabına keçirilən məbləğ bankın İrana və İran təşkilatlarına verdiyi kreditlər həcmində azaldılsın. Bundan başqa, milli kəşfiyyatın rəhbəri İranla bağlı yenilənmiş və dəqiqləşdirilmiş analitik hesabat təqdim etməlidir.
Qanun layihəsi Konqresin sentyabrın 4-də başa çatacaq yay tətilindən sonra müzakirə ediləcək və qəbul olunduğu vaxtdan sonrakı 15 gün ərzində qüvvəyə minəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR