Bank Of Baku

ABŞ prezidenti Corc Buşun uzun illik müttəfiqi Karl Rove istefa verib

ABŞ prezidenti Corc Buşun uzun illik müttəfiqi Karl Rove istefa verib
# 14 avqust 2007 09:19 (UTC +04:00)
ABŞ prezidenti Corc Buşun uzun illik müttəfiqi Karl Rove bu gün Ağ Evdə tutduğu vəzifədən istefa verdiyini bildirib. APA-nın ABŞ bürosunun məlumatına görə, Amerika mətbuatı və eksperttlərinin əsas müzakirə mövzusu olan bu istefa Buşun komandasının zəifləməsi kimi təhlil olunur. İstefaya əsas səbəb kimi K. Rovenin miqrasiya və sosial sığorta ilə bağlı islahatları reallaşdıra bilməməsi göstərilir. Həmçinin o, siyasi baxışlarına görə istefaya göndərilən 8 federal hakimin istefası ilə bağlı qalmaqala cəlb olunub. Amma prezident buş müstəsna səlahiyyətlərindən istifadə edərək, onu Konqres qarşısında hesabat verməkdən azad edib. K. Rove isə jurnalistlərə açıqlamasında şəxsi problemləri ilə bağlı vəzifədən getdiyini deyib.
Bundan əvvəl isə administrasiyanın vitse-prezidenti Dik Çeyninin katibliyinin müavini Levis Libby qalmaqalla istefa verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR