Bank Of Baku

ABŞ İranın İnqilab Keşikçiləri Korpusunu xarici terrorçu qrupların siyahısına salmağa hazırlaşır

ABŞ İranın İnqilab Keşikçiləri Korpusunu xarici terrorçu qrupların siyahısına salmağa hazırlaşır
# 15 avqust 2007 08:12 (UTC +04:00)
Ağ Ev administrasiyası İranın İnqilab Keşikçiləri Korpusunu (İKK) xarici terrorçu qrupların siyahısına salmağa hazırlaşır. APA-nın ABŞ bürosunun xəbərinə görə, bu barədə “The New-York Times” qəzeti məlumat yayıb. Qəzet yazır ki, bununla ABŞ tarixində ilk dəfə hər hansı dövlətin silahlı qüvvələri qara siyahıya salınmış olacaq. İnqilab Keşikçiləri Korpusunun terrorçu qrupların siyahısına salınması Ağ Evdə İrana qarşı açıq konfrontasiya siyasətinin üstünlük qazanmasının bariz sübutdur. Rəsmi Vaşinqtonun qərarı açıqlanandan sonra ABŞ şirkətlərinə İKK ilə istənilən əlaqə qadağa olunacaq. Eyni zamanda ABŞ-ın bütün dövlət qurumları digər ölkələrin İKK ilə əlaqələrinə dair məlumatları Maliyyə Nazirliyinə ötürəcək. Təxmini hesablamalara görə, İnqilab Keşikçiləri Korpusunda 125 min hərbçi var. ABŞ İKK-nı İraq və Əfqanıstandakı terrorçu qruplara maliyyə və hərbi dəstək verməkdə ittiham edir. Prezident Mahmud Əhmədinejadın hakimiyyətə gəlməsindən sonra İKK-nın ölkə iqtisadiyyatı və xarici ticarətdə rolunun artdığı bildirilir.
Qeyd edək ki, hazırda Dövlət Departamentinin terrorçu qruplar siyahısında “Əl Qaida”, “HAMAS”, “İslami cihad”, “Hizbullah”, PKK kimi tanınmış qurumların, ümumilikdə 42 qruplaşmasının adı var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR