Bank Of Baku

ABŞ-da şiddətli istilər nəticəsində 41 nəfər ölüb

ABŞ-da şiddətli istilər nəticəsində 41 nəfər ölüb
# 18 avqust 2007 09:41 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, ABŞ-ın bəzi ştatlarında havanın temperaturu bir həftədən artıqdır 38 dərəcədən aşağı düşmür. İki gün əvvəl Mərkəzi Arkanzasda havanın temperaturu kölgədə 44 dərəcə olub. İstilərin son qurbanları arasında Tennesi ştatının Memfis şəhərindəki evində meyiti tapılmış 77 yaşlı qadın da var. Ümumiyyətlə, Memfisdə istilər nəticəsində 9 nəfər dünyasını dəyişib. Ştatlar üzrə ölüm göstəricisi belədir: Tennesi 10, Missuri 9, İllinoys 8, Arkanzas və Corciya hərəsində 4, Alabama 3, Cənubi Karolina 2, Missisipi 1. Qeyd edək ki, 2006-cı ildə kəskin istilər nəticəsində Kaliforniyada 143 nəfər, 1995-ci ildə Çikaqoda 700 nəfər dünyasını dəyişib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR