Bank Of Baku

ABŞ Kosovonun müstəqilliyini tanıya bilər

ABŞ Kosovonun müstəqilliyini tanıya bilər
# 18 avqust 2007 11:24 (UTC +04:00)
F. Visner deyib ki, onun ölkəsi hazırda Kosovonun gələcək statusuna dair aparılan 120 günlük müzakirə prosesinin nəticəsiz başa çatmasına hazır olacaq. ABŞ-Rusiya-Avropa İttifaqı üçlüyünün vasitəçiliyi ilə Serbiya və Kosovo arasında aparılan bu danışıqlar prosesinin dekabrın 10-da başa çatması planlaşdırılıb. ABŞ diplomatının sözlərinə görə, bundan sonra nə baş verəcəyi hər bir ölkənin hökumətinin öhdəsinə buraxılmalıdır.
Qeyd edək ki, F. Visner Kosovo vasitəçilər üçlüyündə ABŞ-ı təmsil edir. Digər tərəfdən, Kosovonun baş naziri Akim Çeku serb siyasətçiləri əyalətin müstəqilliyini qətiyyən qəbul etmək fikrində olmadıqları üçün Belqradla danışıqlar prosesinin davam etdirilməsinin mənasız olduğunu deyib. Onun sözlərinə görə, davam edən 120 günlük müzakirələr Kosovonun getdiyi son kompromisdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR