Bank Of Baku

BMT Baş Assambleyasının 62-ci sessiyası sentyabrın 18-də öz işinə başlayacaq

BMT Baş Assambleyasının 62-ci sessiyası sentyabrın 18-də öz işinə başlayacaq
# 25 avqust 2007 08:47 (UTC +04:00)
APA-nın BMT-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, dövlət və hökumət başçılarının çıxışları isə sentyabrın 25-də başlanacaq. Sessiyanın əsas hissəsində 160-dan artıq məsələ müzakirə olunacaq. Müzakirəyə çıxarılacaq məsələlər arasında sülh və təhlükəsizliyin təmin olunması, terrorizmə qarşı mübarizə, insan haqları və ətraf mühitin qorunması, sosial və iqtisadi inkişaf məsələləri var. 13 həftə davam edəcək sessiyanın gedişində dinlərarası və mədəniyyətlərarası dialoq, Ruandadakı soyqırımı, keçmiş Yuqoslaviyada humanitar hüququn pozulması, Afrikanın inkişafı üçün yeni əməkdaşlıq, yol hərəkəti təhlükəsizliyi, beynəlxalq münaqişələrin qarşısının alınması, Əfqanıstanda və Yaxın Şərqdə yaranmış vəziyyət, ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi embarqonun ləğvinin zəruriliyi və digər məsələlər müzakirəyə çıxarılacaq. BMT Baş Assambleyasının 62-ci sessiyasının səkkizinci həftəsində (5-9 noyabr) GUAM ölkələri ərazisində həlli uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə, inkişafa təsiri, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət müzakirə ediləcək. Qeyd edək ki, Baş Assambleya BMT-nin əsas müşavirə orqanıdır, bu qurumda 192 dövlət təmsil olunur. BMT Baş Assambleyasının 62-ci sessiyasına Makedoniyanın sabiq xarici işlər naziri Srcyan Kərim sədrlik edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR