Bank Of Baku

Rusiya ABŞ ərazisində kəşfiyyat fəaliyyətini intensivləşdirib

Rusiya ABŞ ərazisində kəşfiyyat fəaliyyətini intensivləşdirib
# 19 sentyabr 2007 07:34 (UTC +04:00)
Rusiya və Çinin ABŞ ərazisində kəşfiyyat fəaliyyətinin intensivliyi “soyuq müharibə” dövründəki həddə çatıb. APA-nın məlumatına görə, ABŞ Milli Kəşfiyyatının direktoru Mayk Makkonel Konqresdə çıxışı zamanı bildirib ki, rusların və çinlilərin kəşfiyyat fəaliyyətinin qarşısının almaq üçün ABŞ xüsusi xidmət orqanlarının səlahiyyətləri genişləndirilməlidir: “Çin və Rusiya kəşfiyyatı ABŞ-da məxfi informasiya və xüsusi mühafizə olunan gizli layihələr barədə aqressiv formada məlumat toplamaqdadır. Onların kəşfiyyat fəaliyyətinin intensivliyi ən yüksək həddə çatıb”. Qeyd edək ki, Mayk Makkonel analoji bəyanatlarla bir neçə dəfə çıxış edib. Fevralın 28-də Konqresdə çıxışı zamanı o, Rusiyanı ölkənin milli təhlükəsizliyini təhdid edən əsas qüvvə adlandırıb və Vladimir Putinin bu il hakimiyyəti öz varisinə təhvil verəcəyini deyib. Bu il hazırlanan “Milli təhlükəsizliyə təhdidlər haqqında” illik hesabatda ilk dəfə olaraq Rusiyanın adı İran, Şimali Koreya və Venesuela ilə birlikdə ABŞ-a dost olmayan ölkələr siyahısına daxil edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR