Bank Of Baku

ABŞ-ın 2008-ci il üçün hərbi büdcəsi 648 milyard dollardan ibarət olacaq

ABŞ-ın 2008-ci il üçün hərbi büdcəsi 648 milyard dollardan ibarət olacaq
# 02 oktyabr 2007 09:23 (UTC +04:00)
ABŞ Senatı 2008-ci maliyyə ili üçün nəzərdə tutulan hərbi büdcə layihəsini qəbul edib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, gələn il hərbi xərclərə 648 milyard dollar sərf olunacaq. Bu məbləğin 150 milyard dolları İraq və Əfqanıstandakı əməliyyatlara xərclənəcək. Avropada raket hücumundan müdafiə sisteminin qurulmasına 225 milyon dollar ayrılsa da, layihənin bu bəndindən Çexiya və Polşa ilə bağlı müddəa çıxarılıb. Senatorlar bu ölkə hökumətləri ilə danışıqların hələ başa çatmadığını əsas gətirərək həmin ölkələrdə raket hücumundan müdafiə sistemləri qurulmasına pul ayırmağın tez olduğunu deyiblər. Ümumən raket hücumundan müdafiə proqramı üçün 10,1 milyard dollar xərclənməsi nəzərdə tutulub. Senat həmçinin “Əl-Kaida” lideri Üsamə bin Ladenin yerinin öyrənilməsi üçün təyin olunan mükafatın məbləğini 25 milyon dollardan 50 milyon dollara qədər artırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR