Bank Of Baku

Corc Buş İraqdan qoşunların çıxarılmasını nəzərdə tutan qanuna veto qoyacaq

Corc Buş İraqdan qoşunların çıxarılmasını nəzərdə tutan qanuna veto qoyacaq
# 15 noyabr 2007 09:32 (UTC +04:00)
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin İraqdakı hərbi kontingentinin əsas hissəsinin 2008-ci il dekabrın 15-nə qədər çıxarılması haqqında qanun layihəsini qəbul edib. APA-nın ABŞ bürosunun xəbərinə görə, 218 konqresmen sənədin lehinə, 203-ü isə əleyhinə səs verib. Ağ Evin mətbuat katibi Dana Perino qanunun qəbulunu pisləyərək Nümayəndələr Palatasını cılız partiya maraqları əsasında hərəkət etməkdə ittiham edib. O bildirib ki, bu qanun İraq və Əfqanıstandakı ABŞ qoşunlarının əməliyyatlarının qismən maliyyələşdirilməsini nəzərdə tutur və bu fakt düşmənləri ruhlandıracaq: “Bu səsvermə iflasla nəticələnmiş əvvəlki səsvermələr kimi, radikal qrupların maraqlarını bizim hərbçilərimizin və onların missiyasının tələbatlarından üstün tutmaq deməkdir. Əgər qanun layihəsi bu şəkildə prezidentə təqdim olunacaqsa, o, təbii ki, sənədə veto qoyacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR