Bank Of Baku

ABŞ Konqresində İrana qarşı müharibə ssenariləri mövzusunda dinləmələr keçirilib

ABŞ Konqresində İrana qarşı müharibə ssenariləri mövzusunda dinləmələr keçirilib
# 15 noyabr 2007 11:52 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri ABŞ Konqresində hesabatla çıxış edən Lourens Uilkinson söyləyib. O, uğursuzluğa düçar olmamaq üçün İrana qarşı mümkün hərbi əməliyyat planının dəqiqliklə hazırlanmasını zəruri sayıb: “Əgər biz İran ərazisinə lazımi miqdarda qoşun hissələri yeritməyə, partizan dəstələrinin davamlı hücumlarına qarşı müqavimət göstərməyə, bu ölkədə ən azı 10 il qalmağa hazır olmasaq, o zaman bu ölkəyə qarşı müharibədə bizləri dərin bir uğursuzluq uçurumu gözləyir”. Sabiq dövlət katibi Kolin Pauellin şəxsi aparatının rəhbəri olmuş Lourens Uilkinson Konqresdə keçirilən “ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının mümkün regional və qlobal nəticələri” mövzusundakı dinləmələrdə müharibənin iki ssenari üzrə həyata keçirilməsi ehtimalını dəyərləndirib. Diplomatın sözlərinə görə, əgər hərbi müdaxilə yalnız aviasiya zərbələri ilə məhdudlaşsa, o zaman ABŞ İranın nüvə obyektlərini və hava hücumundan müdafiə komplekslərini sıradan çıxarmaqla işini bitirmiş olacaq. İkinci ssenaridə isə İranın bütün infrastrukturunun dəmiryolları, avtomagistrallar, aeroportlar, elektrik xətləri və kommunikasiyaların bombardman edilməsi nəzərdə tutulur: “İranın konkret strateji obyektlərinə məhdud zərbələrin endirilməsi İran nüvə proqramının işini 1-2 il ləngitmiş olacaq. Lakin bu halda gec-tez iranlılar nüvə silahı yaratmağa müvəffəq olacaqlar. Xatırladım ki, ikinci dünya müharibəsində Almaniya şəhərlərinin kütləvi şəkildə bombalanması nəticəsində bu ölkədə sənayenin inkişafı gözlənilənin əksinə olaraq artıb. İranın bütün strateji obyektləri ilə yanaşı infrastruktur da dağıdılsa, o zaman bizi 70 milyonluq bir xalqla döyüş gözləyir. Bu zaman İranda millətçilik və Amerikaya nifrət birləşdirici faktor olacaq. Bu zaman assimmetrik müharibə başlayacaq və bu müharibədə yeri və vasitəni biz deyil, İran seçəcək. İran ABŞ qoşunlarının olduğu istənilən ölkədə bizə qarşı müharibəyə başlayacaq”. Dinləmələr zamanı konqresmenlərin xahişi ilə Mərkəzi Kəşfiyyat İdarəsinin antiterror mərkəzinin sabiq direktor müavini Pol Pillar, ABŞ dəniz piyadaları qoşunlarının hərbi inkişafı komandanlığının sabiq rəhbəri, istefada olan general-leytenant Pol Van Riper və digər ekspertlər İrana qarşı hərbi əməliyyatların mümkün ssenari və nəticələrini analiz ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR