Bank Of Baku

ABŞ ATƏT-in Rusiyaya müşahidəçi göndərməmək qərarını dəstəkləyib

ABŞ ATƏT-in Rusiyaya müşahidəçi göndərməmək qərarını dəstəkləyib
# 17 noyabr 2007 09:47 (UTC +04:00)
Buş administrasiyası ATƏT-in Rusiyaya müşahidəçi göndərməmək qərarını dəstəkləyib. APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, ABŞ Rusiya hakimiyyətindən 2008-ci ildə keçiriləcək prezident seçkilərinə beynəlxalq müşahidəçiləri buraxmağa çağırıb. Dövlət Departamentinin yaydığı bəyanatda deyilir ki, Rusiya tərəfindən qoyulmuş məhdudiyyətlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu çətin qərar qəbul etməyə vadar edib. “Seçkiləri izləməyə dəvəti hansısa şərtlərlə etmək DTİHB-ın bütövlüyünü və öz vəzifəsini adekvat olaraq həyata keçirmək bacarığını pozur. Biz və digər ölkələr seçkilərin izləməsində DTİHB-ın bacarığını beynəlxalq “qızıl standart” kimi aktiv dəstəkləyirik”. ABŞ Dövlət Departamenti Rusiya hakimiyyətini öz vəzifələrini yerinə yetirməyə və DTİHB-ın müşahidəçilərini 2008-ci ildə keçiriləcək prezident seçkilərində maneəsiz müşahidələr aparmağa icazə verməyə də çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR