Bank Of Baku

Üsamə bin Ladenin başına qoyulmuş pul mükafatının miqdarı 50 milyon dollara çatdırılıb

Üsamə bin Ladenin başına qoyulmuş pul mükafatının miqdarı 50 milyon dollara çatdırılıb
# 13 dekabr 2007 09:51 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, ABŞ-ın 2008-ci il üçün hərbi xərcləri ilə bağlı qanun layihəsinə bununla bağlı bənd əlavə olunub. Lehinə 370, əleyhinə 49 nəfər olmaqla qəbul olunan bənddə bildirilir ki, dövlət katibi Üsamə bin Ladenin yaxalanması, öldürülməsi və ya onun ələ keçirilməsinə kömək edəcək informasiyaya görə 50 milyon dollar mükafat ödənilməsinə icazə verə bilər. Sənəddə həmçinin qeyd olunub ki, qanunun qüvvəyə minməsindən sonrakı 90 gün ərzində dövlət katibi, müdafiə naziri və milli kəşfiyyatın direktoru bin Laden və digər “Əl-Kaida” liderlərinin axtarışında əldə olunan nəticələr haqda birgə məruzə təqdim etməlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR