Bank Of Baku

BMT-nin 2008-2009-cu illər üzrə büdcəsi qəbul olunub

BMT-nin 2008-2009-cu illər üzrə büdcəsi qəbul olunub
# 25 dekabr 2007 08:02 (UTC +04:00)
BMT-nin Baş Assambleyası təşkilatın 2008-2009-cu illər üzrə büdcəsini qəbul edib. APA-nın xəbərinə görə, 4,17 milyard dollarlıq büdcə layihəsi 142 ölkənin səsi ilə təsdiqlənib. Təşkilatın illik xərclərinin 22%-ni ödəyən ABŞ isə büdcə layihəsinin əleyhinə səs verib. Bu ölkənin nümayəndə heyəti qərarını belə əsaslandırıb ki, real büdcə göstərilən məbləğdən daha çox olacaq. Baş katib Pan Gi Mun son 20 il ərzində yaranmış ənənəyə zidd olaraq büdcənin yekdilliklə qəbul olunmamasından təəssüfləndiyini bildirib. O, üzv ölkələri qərarların qəbulunda konsensus prinsipinə qayıtmağa və kompromislərə getməyə çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR