Bank Of Baku

San-Fransisko zooparkında pələnglər insanlara hücum edib

San-Fransisko zooparkında pələnglər insanlara hücum edib
# 26 dekabr 2007 10:37 (UTC +04:00)
ABŞ-ın San-Fransisko şəhərindəki zooparkda saxlanıldıqları yerdən çıxmağı bacaran 4 pələng insanlara hücum edib. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, dekabrın 25-də günün birinci yarısında baş verən hadisə zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb. Olay yerinə gələn polislər pələnglərdən birini güllə ilə vuraraq öldürüb, üçünü isə zərərsizləşdiriblər. Zooparkdakı bütün insanlar evakuasiya edilib.
Qeyd edək ki, San-Fransisko zooparkında Amur və Sumatra pələngləri saxlanılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR