Bank Of Baku

ABŞ-da Corc Buş “İlin kişisi”, Hillari Klinton isə “İlin qadını” seçilib

ABŞ-da Corc Buş “İlin kişisi”, Hillari Klinton isə “İlin qadını” seçilib
# 27 dekabr 2007 08:13 (UTC +04:00)
APA-nın məlumatına görə, sorğunun nəticələri amerikalıların pərəstiş etdiyi şəxslərin siyahısını müəyyənləşdirməyə imkan verib. Sorğunun nəticələrinə əsasən, prezident Corc Buş Amerikada “İlin kişisi”, senator-demokrat Hillari Klinton isə “İlin qadını” seçiliblər. Respondentlərin 10 faizi kiçik Buşun “İlin adamı” seçilməsini istəyib, bu siyahıda sabiq prezident Bill Klinton 8 faiz, Nobel mükafatı laureatı Albert Qor isə 6 faiz səs toplayıb. “İlin qadını” adına namizədlər arasında Hillari Klinton 18 faiz səs toplayaraq birinci olub. O, ən yaxın rəqibi teleaparıcı Opra Uinfrini 2 faiz qabaqlayıb. Bu siyahıda üçüncü yeri dövlət katibi Kondoliza Rays (5%) tutub. “İlin qadını”nı seçmək üçün keçirilən sorğuda 4-5-ci yerləri hərəyə 3 faiz səslə “First lady” Lora Buş və aktrisa Anjelina Coli bölüşdürüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR