Bank Of Baku

ABŞ Dövlət Departamenti 2008-ci ildə 46 ölkədə antitrafikinq layihələrinin həyata keçirilməsinə 16,5 milyon dollar vəsait ayırıb

ABŞ Dövlət Departamenti 2008-ci ildə 46 ölkədə antitrafikinq layihələrinin həyata keçirilməsinə 16,5 milyon dollar vəsait ayırıb
# 27 dekabr 2007 09:35 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin trafikinqlə mübarizə ofisi 46 ölkədə antitrafikinq layihələrinin həyata keçirilməsinə 16,5 milyon dollar vəsait ayırıb. APA-nın məlumatına görə, bu vəsait transmilli cinayətkarlıqla bağlı təhqiqat proqramlarına və trafikinq qurbanlarının psixoloji və mənəvi reabilitasiyasına sərf olunacaq. Bu vəsaitdən 1,1 milyon dollar Şərqi Asiya, Avropa və Avrasiya, Yaxın Şərq, Cənubi Asiya və Mərkəzi Asiyada həyata keçiriləcək 6 regional layihə üçün, 13,5 milyon dollar 46 ölkədə 63 layihənin icrası üçün 1,3 milyon dollar qlobal layihələrin maliyyələşməsi üçün, 500 min dollar isə tədqiqat layihələri üçün nəzərdə tutulub. Qeyd edək ki, ABŞ hökuməti 2007-ci ildə 70 ölkədə 154 layihənin maliyyələşməsinə 74 milyon dollar vəsait xərcləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR