Bank Of Baku

Fidel Kastro: “Gənclik illərimdə hakimiyyətdən dördəlli yapışmışdım, amma həyat məni dəyişdirdi”

Fidel Kastro: “Gənclik illərimdə hakimiyyətdən dördəlli yapışmışdım, amma həyat məni dəyişdirdi”
# 29 dekabr 2007 09:14 (UTC +04:00)
Kuba lideri Fidel Kastro gənclik dövründə hakimiyyətdən dördəlli yapışdığını, ancaq həyatın onu dəyişdirdiyini etiraf edib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, F. Kastro Milli Assambleyanın (parlament) toplantısında bu bəyanatla çıxış edib. Ötən həftə isə o bildirmişdi ki, hazırda əsas vəzifəsi mövqelərini qorumaq yox, gənclərin yolunu kəsməməkdir. Bu açıqlama F. Kastronun yüksək dövlət vəzifələrindən imtina etməyə hazırlaşdığını göstərir. O, hazırda Kuba Dövlət Şurasının, Nazirlər Şurasının sədri və Kommunist Partiyasının 1-ci katibi vəzifələrini tutur. 2008-ci ilin martında F. Kastronun Dövlət Şurasının rəhbəri vəzifəsindən istefa verəcəyi gözlənilir.
Qeyd edək ki, 81 yaşlı F. Kastro 1959-cu ildən bəri hakimiyyətdədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR