Bank Of Baku

ABŞ-ın Noksvill şəhərindəki restoranda baş verən atışma zamanı bir nəfər ölüb

ABŞ-ın Noksvill şəhərindəki restoranda baş verən atışma zamanı bir nəfər ölüb
# 30 dekabr 2007 08:18 (UTC +04:00)
ABŞ-ın Tennessi ştatındakı restoranların birində baş verən atışma zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Noksvill şəhərindəki “Hooters” adlı restoranın müştərilərindən biri ona təqdim edilən hesabı gördükdən sonra qəzəblənib və pulu ödəməkdən imtina edib. O, bayıra çıxaraq restorana atəş açmağa başlayıb. Nəticədə içəridə oturan müştərilərdən biri, 35 yaşlı Steysi Şerman yaralanıb və xəstəxanada keçinib. Güllə yarası alan restoranın meneceri, 24 yaşlı Kris Key isə hazırda xəstəxanada müalicə olunur, onun vəziyyəti ağırdır. Polis hadisə yerindən qaçan cinayətkarı axtarır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR