Bank Of Baku

ABŞ-ın Ayova ştatında Demokratlar və Respublikaçılar partiyalarının aktivistləri prezident kürsüsü uğrunda mübarizə aparan namizədlərə səs veriblər

ABŞ-ın Ayova ştatında Demokratlar və Respublikaçılar partiyalarının aktivistləri prezident kürsüsü uğrunda mübarizə aparan namizədlərə səs veriblər
# 04 yanvar 2008 11:57 (UTC +04:00)
Demokratlar Partiyasının ştatdakı seçicilərinin 36 faizi məhz ona səs veriblər. İkinci və üçüncü yeri tutan Nyu-York ştatının senatoru Hillari Klinton və Şimali Karolinanın keçmiş senatoru Con Edvards eyni miqdarda, yəni 30 faiz səs toplayıblar.
Respublikaçılar düşərgəsində isə qələbəni gözlənilmədən Arkanzas ştatının keçmiş qubernatoru Mike Hakabi qazınıb. Partiyanın 34 faiz fəalı məhz onu prezident görmək istədiyini bəyan edib. İkinci yeri 25 faiz səslə Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romney tutub, üçüncü yeri isə sabiq senatorlar Fred Thomson və Con Makkeyn bölüşüb.
Qeyd edək ki, 1972-ci ildən bəri Demokratlar və Respublikaçılar partiyalarının ilkin seçkiləri Ayova ştatında keçirilir və bu nəticələrdə qalib gələn namizədlər hər iki partiyanın əsas seçki simalarına çevirilirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR