Bank Of Baku

Nyu-Hempşirdə keçirilən ilkin seçkilərdə demokratlardan Hillari Klinton, respublikaçılardan Con Makkeyn qalib gəlib

Nyu-Hempşirdə keçirilən ilkin seçkilərdə demokratlardan Hillari Klinton, respublikaçılardan Con Makkeyn qalib gəlib
# 09 yanvar 2008 07:33 (UTC +04:00)
APA-nın məlumatına görə, Con Makkeyn seçicilərin 39 faizinin, Massaçusets ştatının qubernatoru 28 faizinin səsini toplamağa müvəffəq olub. Bundan əvvəl Ayova ştatında qalıb gəlmiş Arkanzas ştatının sabiq başçısı Mayk Hakebiyə isə cəmi 12 faiz seçici səs verib. Demokratlar arasında qalıb gələn Hillari Klinton əsas rəqibi qaradərili Barak Obamanı cəmi 2 faiz qabaqlaya bilib. Ən son məlumatlara görə, ABŞ-ın sabiq birinci xanımı demokratların 39, Barak Obama isə 37 faiz səsini əldə edə bilib. Qeyd edək ki, növbəti praymeriz gələn həftənin ikinci günü Miçiqan ştatında, yanvarın 19-da isə Nevada və Cənubi Karolinada keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR