Bank Of Baku

Fidel Kastronu qardaşı Raul əvəzləyib

Fidel Kastronu qardaşı Raul əvəzləyib
# 25 fevral 2008 09:24 (UTC +04:00)
Havana APA. Kuba parlamenti əfsanəvi lider Fidel Kastronun qardaşı Raul Kastronu Dövlət Şurasının sədri seçib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, 76 yaşlı R. Kastro dövlət əhəmiyyətli vacib qərarların qəbulunda qardaşı ilə məsləhətləşəcəyini bildirib. O, Kuba milli valyutası - pesonun kursunu yüksəltməyi düşündüklərini də söyləyib.
Xatırladaq ki, Fidel Kastro səhhəti ilə əlaqədar fevralın 18-də Dövlət Şurasının sədri və Silahlı Qüvvələrin Ali Baş Komandanı vəzifələrindən istefa verib. Raul Kastro isə qardaşının xəstələndiyi 2006-cı ilin iyulundan etibarən ölkəni idarə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR