"Samsung" 4 şirkətdə payını satıb

"Samsung" 4 şirkətdə payını satıb
# 19 sentyabr 2016 13:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Samsung Electronics" "Seagate Technology Plc", "Rambus Inc.", "ASML Holding NV" və "Sharp Corp" şirkətlərindəki səhm paketlərini satdığını elan edib.


"APA-Economics" xəbər verir ki, Cənubi Koreya korporasiyası "Seagate Technology"dəki 4,2%, "Rambus"dakı 4,5%, "ASML Holding NV"-dəki 2,9% və "Sharp"dakı 0,7%-lik paylarını artıq satdığını bildirib.

"Samsung" səhm satışından əldə etdiyi vəsaitin həcmini açıqlamayıb.

Bundan öncə "The Wall Street Journal" qəzeti öz mənbələrinə istinadən yazıb ki, "Samsung" ASML şirkətindəki payının yarısını 606 mln. dollara satmaq niyyətindədir. Şirkətin "Rambus", "Seagate" və "Sharp" şirkətlərindəki paylarının ümumi dəyəri isə 500 mln. dollardan çox qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR