Çində qasırğa nəticəsində 6 nəfər ölüb, 8 nəfər itkin düşüb

Çində qasırğa nəticəsində 6 nəfər ölüb, 8 nəfər itkin düşüb
# 10 iyul 2016 19:01 (UTC +04:00)

Bakı-APA. Çinin şərqində güclü dağıdıcı qasırğa nəticəsində 6 nəfər ölüb, 8 nəfər itkin düşüb.


APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, Futsyan və Tsyansi əyalətlərində 203 min insan evini tərk etmək məcburiyyətində qalıb.


İki minə yaxın yaşayış evi qismən və yaxud tam dağılıb. Ümumilikdə, “Nepartak” qasırğasından 449 min nəfər zərər çəkib. İlkin hesablamalara görə, ölkəyə 128 milyon ABŞ dolları ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR