Xəzərdə üç nəfər batıb, onlardan ikisinin meyiti sudan çıxarılıb - YENİLƏNİB

Xəzərdə üç nəfər batıb, onlardan ikisinin meyiti sudan çıxarılıb - <span style="color: red;">YENİLƏNİB
# 20 iyul 2016 17:18 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Xəzər dənizində batan 3 nəfərdən daha birinin cəsədi tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda küləkli havada dənizdə çimərkən naməlum səbəbdən batmış təxminən 25-26 yaşında olan digər naməlum qadının cəsədi Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarışlar davam etdirilir əlavə məlumat veriləcək.

***

18:35

Bakı-APA. Xəzər dənizində üç nəfər batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xəzər rayonunda, 50 metr dənizin içərisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralı, nəzarətsiz ərazidə) qeydə alınıb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumat əsasında dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. 25-26 yaşında olan naməlum qadın cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər batanların axtarışları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR