Naftalan neftinin müalicəvi xüsusiyyətə malik olması yenidən elmi təsdiqini tapıb

Naftalan neftinin müalicəvi xüsusiyyətə malik olması yenidən elmi təsdiqini tapıb
# 25 dekabr 2015 08:48 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda 2015-ci ildə aparılan elmi tədqiqatların nəticələri Naftalan neftinin spesifik komponent tərkibinin onun müalicəvi xüsusiyyətə malik olmasını sübut edib.

APA-nın məlumatına görə, Geologiya və Geofizika İnstitutunun 2015-ci illə bağlı hesabatında qeyd edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Elm Fondu tərəfindən maliyyələşdirilən “Müalicəvi Naftalan neftinin genezisinin geoloji, izotop-kimyəvi və mikrobioloji kompleks tədqiqatları” layihəsi üç şöbənin – “Neftin geokimyası”, “Çökmə hövzələrinin flüid dinamikası” və “Hövzə modelləşdirilməsi və geotexnologiyalar” əməkdaşlarının birgə səyi nəticəsində başa çatdırılıb.

İlk dəfə İSP-MS üsulu ilə ağır və nəcib metalların miqdarı təyin edilib, qeyri-müalicəvi neft, Bakı arxipelaqı və Abşeron neftli-qazlı rayonunun neftləri ilə müqayisədə həmin metalların, həmçinin oleananın, dekahidronaftalinlər sinifinə aid olan karbohidrogenlərin və onların törəmələrinin müalicəvi Naftalan neftinin tərkibində yüksək miqdarda olması (~78%, Neft Daşları yatağında isə 0.66%) müəyyən edilib. Müalicəvi Naftalan neftində mikrobiotanın formalaşmasında daha qədim bakteriyaların – arxeylərin böyük rolunun olması aşkar edilib. Naftalan neftinin spesifik komponent tərkibi onun müalicəvi xüsusiyyətə malik olmasına əsas verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR