Çex Respublikasının Bakıdakı səfirliyində gənc rəssamlara sertifikatlar təqdim olunub

Çex Respublikasının Bakıdakı səfirliyində gənc rəssamlara sertifikatlar təqdim olunub
# 23 fevral 2016 13:35 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Bu gün Çex Respublikasının Azərbaycandakı səfirliyində gənc rəssamlar bülleten və multikulturalizmə verdikləri töhfəyə görə sertifikatlarla təltif olunub.


APA-nın xəbərinə görə, tədbirdə Çex səfiri Vitezslav Pivonka, "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Bəxşəliyev, Ombusman Aparatının beynəlxalq münasibətlər şöbəsinin müdiri Zaur Məmmədli, gənc rəssamlar və media nümayəndələri iştirak ediblər.

Gənc rəssamları təbrik edən V. Pivonka qeyd edib ki, onların rəsmləri Çex cəmiyyətinin Azərbaycanla bağlı daha çox məlumat əldə etməsinə şərait yaradıb. "Qarşılıqlı münasibətlərimiz dərin ənənələrə dayanır. XIV əsrdən başlayan münasibətlər filosoflar, diplomatlar və tacirlərin sayəsində qurulub. Hazırda isə bu işi siz davam etdirirsiniz", - deyə səfir gənc rəssamlara müraciətində bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR