Kemeron: “Böyük Britaniya heç vaxt Avrozona və Şengen sazişinə qoşulmayacaq”

Kemeron: “Böyük Britaniya heç vaxt Avrozona və Şengen sazişinə qoşulmayacaq”
# 06 may 2016 02:43 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniya heç vaxt Avrozona və Şengen sazişinə qoşulmayacaq, lakin Avropa İttifaqı çərçivəsində öz iqtisadiyyatını inkişaf etdirəcək.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron “The Express and Star” qəzetinin oxucularının müvafiq suallarına cavabında bildirib.

“Aİ-nin islahatlaşdırılmış variantında üzvlüyün davam etdirilməsi o deməkdir ki, 500 milyon nəfərlik vahid bazara tam giriş bizim üçün açıq qalacaq və bu iş yerlərinin sayının, sərmayələrin çoxalmasına, qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq. Lakin biz heç zaman Aİ dövlətinin bir hissəsi olmayacağıq. Biz həmçinin heç vaxt avroya qoşulmayacağıq, Avrozona ölkələrinin dotasiyalarında, yaxud da sərhəd və pasport nəzarətindən azad hər hansı bir layihədə iştirak etməyəcəyik”, - deyə Kemeron qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR