Kürdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Kürdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
# 21 avqust 2016 18:04 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Kür çayında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil verib. Əməliyyat saat 18:45-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR