Qubada 15 yaşlı məktəbli qız itkin düşüb

Qubada 15 yaşlı məktəbli qız itkin düşüb
# 19 aprel 2016 20:27 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Quba rayonunda 15 yaşlı məktəbli itkin düşüb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Barlı kənd sakini Tağıyeva Güldanə Vaqif qızının axtarışları davam etdirilir. Quba rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Onun Samur –Abşeron kanalına düşdüyü ehtimal olunur. Fövqəladə Hallar Nazirliyinin Şimal Regionla İdarəsinin dalğıc-xilasetmə qrupu axtarışlara cəlb olunub.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR